AZ

Abel Məhərrəmov: "Mənim Ramiz Mehdiyevlə işdənkənar heç bir əlaqəm olmayıb"

"Mənim Ramiz Mehdiyevlə işdənkənar heç bir əlaqəm olmayıb".

News365.az xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmov deyib.

A.Məhərrəmov adının Ramiz Mehdiyev məsələsində hallandırılmasını "boş söhbət" adlandırıb:

"Mənim vəzifəm elə olub ki, həftədə üç dəfə Prezident Administrasiyasında olmuşam. Artıq 10 ilə yaxındır ki, vəzifədən də çıxarılmışam. Ramiz Mehdiyevlə də sonradan heç bir münasibətim olmayıb. Bu deyilənlər boş-boş söhbətlərdir. Siz belə şeylərə baş qoşmayın".

Qeyd edək ki, hazırda ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin yaxın adamları sırasında Abel Məhərrəmovun da adı hallanıb. Keçmiş rektor bu günə qədər məsələyə münasibət bildirməmişdi.

Oxu.az xatırladır ki, pandemiya vaxtı Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toy mərasimində iştirak edənlərdən və cəzalandırılanlardan biri də A.Məhərrəmov idi.

Toydan yayılan görüntülərdə Abel Məhərrəmovun Ramiz Mehdiyevin şərəfinə "tost" deməsi də əks olunurdu.

Seçilən
9
12
news365.az

10Mənbələr