AZ

MMA rinqində DƏHŞƏTLİ ANLAR: Qalib gələn idmançı AĞIR ZƏDƏ ALDI – FOTO/VİDEO

Rusiyalı MMA döyüşçüsü qələbə sevincini yaşayarkən ağır xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyalı MMA döyüşçüsü Aleksandr Sineşşuk Krasnodarda keçirilən turnirdə qələbəsini qeyd edərkən dəhşətli zədə alıb.

İdmançı döyüşdə qalib gəldikdən sonra sevincini bölüşmək üçün salto atmaq qərarına gəlib.

Lakin yerə enərkən ayağı büdrəyən Sineşşuk olduqca uğursuz eniş edib. Nəticədə onun ayağında dəhşətli qırıq baş verib.

Qalib gəldiyi rinqdə ağır xəsarət alan idmançı dərhal həkimlərin nəzarətinə götürülüb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə və təəssüf hissinə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr