25 fevral saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin yerdəyişməsinə start veriləcək.
Newscenter.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən bildirir ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Yerdəyişmə məktəbəhazırlıq qrupları və 1-10-cu siniflər üçün aktivləşdirilir.
11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. 9-cu siniflər üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.
Ruhiyyə Mehdiyeva