"Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Anadolu təmsilçisi Radomir Caloviçdən boşalan posta Erlinq Moeni gətirib.
E. Moe son olaraq "Beşiktaş"da köməkçi məşqçi kimi çalışıb.
55 yaşlı mütəxəssis 5 il "Molde"ni də çalışdırıb.
O, burada 2 dəfə Norveç çempionu olub.
"Kayserispor" hazırda 19 xalla Super Liqada 17-ci yerdədir.