AZ

Modi İsrailə niyə gedir?

Hindistanın Baş naziri Narendra Modi iki günlük səfər üçün bu gün İsrailə gedəcək.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, səfər zamanı, ölkələr arasında təhlükəsizlik, texnologiya və kənd təsərrüfatı sahələrində bir sıra yeni anlaşmaların imzalanacağı gözlənilir. Bu baxımdan səfər, iki ölkə arasındakı münasibətləri dərinləşdirmək üçün bir şans kimi qiymətləndirilir.

Bununla yanaşı, səfər çərçivəsindəModinin Knessetdə çıxış etməsi və İsrailin rəsmi Holokost abidəsi olan Yad Vaşemi ziyarəti gözlənilir.

Modinin səfərinin ABŞ-ın İrana mümkün hücumlarından əvvəl İran sahilləri yaxınlığında dəniz qüvvəsi yerləşdirdiyi bir vaxta təsadüf etməsi diqqət çəkib.

Seçilən
9
1
publika.az

2Mənbələr