AZ

"Çempionlar Liqasını başımızı dik tutaraq tərk etdik" - "Qarabağ"ın kapitanı

BAKI, 25 fevral. TELEQRAF

“Nyukaslda oynamaq çox maraqlı idi. Orada daha yaxşı futbol nümayiş etdirdik. 3-2 hesabı ilə uduzsaq da, Çempionlar Liqasını başımızı dik tutaraq tərk etdik. Əsas məqsədimiz də elə bu idi – daha yaxşı mübarizə aparmaq”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın kapitanı Abdullah Zubir deyib.

35 yaşlı yarımmüdafiəçi komandasının UEFA Çempionlar Liqasında mübarizəni dayandırmasından danışıb: “İlk görüşdə böyük hesabla uduzduğumuzdan bu görüş bizim üçün çətin keçdi. Amma bu dəfə oyuna fərqli hazırlaşmışdıq. Mən Azərbaycan xalqını xoşbəxt etməyə çalışıram, bu mənim işimdir. Həmişə ən yaxşısı olmağa və "Qarabağ"ı Azərbaycan futbolunun ən yüksək zirvəsinə daşımağa çalışıram. Şəxsi hədəfim budur”.
Zubir qarşıdan gələn “Sabah”la görüşə hazırlaşacaqlarını qeyd edib: “Bilirəm ki, qalib gəlməliyik. Hazırda liqada rəqiblərimizlə mübarizə aparırıq və ikinci pillədəyik. Qələbə qazanmağa çalışacağıq. Lakin rəqibimiz də çox güclü və çətin komandadır. Böyük bir oyun olacaq. Ümid edirəm ki, oyuna yaxşı hazırlaşıb tam hazır vəziyyətdə çıxacağıq”.

Seçilən
11
teleqraf.com

1Mənbələr