AZ

Zəncirvari  qəzalar...

Yağışlı ,  qarlı və sürüşkən havalarda  belə qəzalar daha  tez -tez baş verir. Bir qayda olaraq respublikanın avtomobil yollarında, Bakı dairəvi yoluda, eləcə də Hava Limanına gedən yolda  zəncirvari qəzalar qaçılmaz olur

.Bəs bu yol-nəqliyyat hadisələri nədən  yaranır? Gəlin tələsməyək , baş vermiş qəzaların səbəblərin araşdıraq.Əlbəttə, bu cür qəzaların baş verməsinin  bir çox səbəbləri mövcuddur.Zəncirvari qəzaların baş verməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis baş leytenantı Elvin Hacıyev müraciət edik. O dedi ki, avtomobil axını çox olan  magistral yollarda , eləcə də Bakıda   ilk növbədə sürücülər yol hərəkəti qaydalarına riayət etməlidir

 Yəni onlar hava şəraitini nəzərə almalı, ara məsafəsi saxlamalı, sürət həddinə əməl etməlidirlər. Yol sürüşkən olarkən əyləc sisteminindən istifadə etmək olmaz.Dumanlı və yağşlı havada nəqliyyat vasitələrinin arxa  və qabaq işıq sistemləri normal işləməlidir ki, qəza vəziyyəti yarananda sürücü onlardan istifadə edə bilsin.Bir sözlə, hər hansı qəzaya, o cümlədən zəncirvari qəzalara sürücülər həmişə hazır olmalıdır.Yəni hər bir sürücü belə qəzalara şərəit  yaratmamalı, birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etməlidir.Ona görə də sürücülər və hərəkət iştirakçıları bu tövsiyələrimizi unutmamalıdır!!!

Emil FAİQOĞLU    

Seçilən
21
adalet.az

1Mənbələr