AZ

ABB-nin problemli aktivləri ilə bağlı Müsabiqə Komissiyasının sədri dəyişib

Nazirlər Kabineti "Aqrarkredit" QSC-nin "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə 4 avqust 2023-cü il tarixli qərarında dəyişiklik edib.

SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Komissiyaya sədrlik edən maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin I müavini Anar Kərimovla əvəz olunub.

Seçilən
3
2
sia.az

3Mənbələr