ain.az bildirir, 525.az portalına istinadən.
“Tədqiqat Keyfiyyəti (Research Quality) göstəricisi üzrə UNEC dünyada 481-ci yerdədir və dünyanın TOP 500 universitet sırasında yer alır. Sitat Təsiri (Citation İmpact) alt göstərici üzrə isə UNEC 96.3 balla dünya üzrə dördüncüdür. Bu göstərici universitet tərəfindən nəşr olunan elmi işlərə dünya alimləri tərəfindən orta hesabla neçə dəfə istinad edildiyini göstərir”.
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, sahə üzrə istinad təsirinə (FWCI) görə 2023-2026-cı illərdə UNEC göstəricisi 1-in üzərində olub. Başqa sözlə, dünya ortalamasından daha yüksək sitat təsirinə malik olmuşdur. 2017-2026-ci illər üzrə isə Scopus bazasında UNEC-ə məxsus olan elmi əsərlərin sahə üzrə istinad təsiri 2,12 olub:
“Elmi əsər sayının 88%-i, özünəistinad nəzərə alınmadan istinad sayının 92%-i, istinad alan elmi əsər sayının 92%-i 2020-2025-ci illərin payına düşür. Bu illər ərzində bir məqaləyə düşən istinad sayı 9,9, h-index isə 64 təşkil edib.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.