AZ

İnflyasiya ilə bağlı uzunmüddətli proqnozlar qeyri dəqiq xarakter daşıyır İqtisadçı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İnflyasiya ilə bağlı uzunmüddətli proqnozlar qeyri-dəqiq xarakter daşıyır. Bu, mövcud iqtisadi sistemi hansı mexanizm əsasda təşkil olunmasından asılı olmayaraq bütün ölkələrə aid bir məsələdir”. 

İqtisadçı ekspert Pərviz Heydərov bunu 525.az-a söyləyib. O vurğulayıb ki, "Fitch Solutions" beynəlxalq analitik şirkət və yaxud qeyriləri əvvəla, Azərbaycanda inflyasiyatörədici amillərin heç də hamısını gözönünə ala və müəyyən edə bilməzlər:

“İkincisi, qlobal iqtisadiyyatdakı proseslərin özünü belə proqnozlaşdırmaq çətindir. Üçüncüsü isə, ölkəmizdə qiymət artımları üçün risklər heç də təkcə, bu və ya digər ölkəylə qarşılıqlı ticarət əlaqələrindən asılı deyil və olmayıb da. Odur ki, bu cür proqnozlar nisbi əhəmiyyət kəsb edir”. 

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
525.az

1Mənbələr