YEVLAX, 25 fevral. TELEQRAF
Yevlaxda baş vermiş yanğın zamanı xəsarət almış kafe sahibi müalicə aldığı xəstəxanada vəfat edib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbərverir ki, hadisə dünən Aran qəsəbəsində baş vermişdi.
Yanğın zamanı müxtəlif bədən xəsarətləri alan 1969-cu il təvəllüdlü Ruslan Sadıqov rayon xəstəxanasında ilkin yardım aldıqdan sonra paytaxt klinikalarından birinə köçürülmüşdü.
Qeyd edək ki, ötən gün Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
“Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə əlavə edilib.