ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, Orenburqda tanınmış iş adamının sifarişli qətlinin qarşısı alınıb.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
İstintaq nəticəsində müəyyən edilib ki, əslən Orta Asiya ölkəsindən olan iş adamı 15 milyon rubl borcu üzündən sui-qəsdin hədəfinə çevrilib.
Əməliyyat zamanı qətlin təşkilatçısı, 1975-ci il təvəllüdlü Rusiya vətəndaşı həbs edilib.
O, pulu cinayətkara verərkən tutulub.
Qətlin təşkili ilə bağlı cinayət işi açılıb.
Bu ittiham ömürlük həbs cəzasına qədər cəza nəzərdə tutur.
Maqsud
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.