AZ

Azərbaycan və Ermənistan etimad quruculuğu müzakirəsi

Fevralın 24-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Seçilən
22
36
xalqqazeti.az

10Mənbələr