525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Hazırda əmək bazarında hüquqşünas qıtlığı yoxdur. Əksinə, kifayət qədər hüquq ixtisası bitirən gənclərin əmək bazarına qoşula bilməməsi faktı ilə üzləşirik. Əlbəttə, müəyyən sahələrdə, məsələn, ədliyyə və ya prokurorluq istiqamətində kadr çatışmazlığı ola bilər. Amma ümumi əmək bazarında hüquqşünas çatışmazlığı yoxdur”.
Bunu təhsil eksperti Ramin Nurəliyev 525.az-a bildirib. Ekspertin sözlərinə görə, minlərlə hüquqşünas hazırda iş imkanları üçün səy göstərir və yeni məzunları da nəzərə alsaq, bu rəqəm daha da artacaq:
“Bəzi məzunlar magistraturaya yönəlir və ya əməkhaqqı yüksək olduğundan dövlət əvəzinə özəl sektorda çalışmağa üstünlük verirlər”.
Ekspert əlavə edib ki, zamanın tələbinə uyğun olaraq, xüsusilə də gənclər yeni dövrün tələblərinə uyğun ixtisas seçməyə çalışmalıdırlar. Yəni yeni dövrün tələbləri nəyi gərəksə, hansı ixtisaslara və hansı peşələrə daha çox ehtiyac tələb olunursa, xüsusilə də həmin ixtisaslara üstünlük verməlidirlər.
Sevinc Qarayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.