AZ

Erməni terrorizmini dünyaya tanıdan Hərəkat

ain.az, Newscenter.az saytına istinadən bildirir.

Xocalı soyqırımı erməni millətçi-şovinistlərinin davamlı olaraq apardığı etnik təmizləmə, soyqırım siyasətinin nəticəsi olmaqla insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Təəssüf ki, Xocalı faciəsini həmin vaxtlar hakimiyyət tərəfindən lazımınca qiymətləndirilmədi.Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verildi. Onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi.Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini aldı. Bu əzmkar fəaliyyətin nəticəsidir ki, son illərdə ondan artıq ölkənin parlamentində Xocalı soyqırımı haqqında qətnamələr qəbul edilmişdir.Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu vardır. Fond neçə ildir ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Heydər Əliyev Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər keçirilir. Dünyanın müxtəlif ölkələrində keçirilən Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri və Qarabağın və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair hazırlanmış materiallar, bukletlər, fotoalbomlar və kitablar, ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər beynəlxalq ictimaiyyət arasında böyük əks-səda doğurub. Bu kampaniyaya 120 mindən çox insan və 115 təşkilat qoşulmuşdur.Leyla xanım Əliyeva dünya coğrafiyasını əhatə edən kampaniya ilə dünya itimaiyyətinə mesaj verirdi ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək. Onun bu əminliyin özünü doğruldu, “Xocalıya Ədalət” gəldi, 2020-ci il Vətən müharibəsində Zəfər qazanan Azərbaycan Ordusu Xocalı faciəsi qurbanlarının da qisasını aldı. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı nəticəsində Xocalının erməni separatçılarından tamamilə təmizləndi və Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaltdı.Xocalının həyatında yeni qürurverici tarixi başlayıb, Xocalı şəhəri və kəndləri yenidən qurulur, əhali öz torpaqlarına dönür. İndiyə qədər Xocalı şəhərinə və Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndlərinə ümumilikdə 881 ailə, 3.602 nəfər köçürülüb.Bu, Xocalının Ədalətinin dünyaya nümayişidir.Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
3
newscenter.az

4Mənbələr