Rusiya-Ukrayna müharibəsinin 4-cü ildönümündə sosial şəbəkələrdə maraqlı kadrlar yayılıb.
Musavat.com-un məlumatına görə, kadrlarda Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov yer alır.
O zaman Moldovadakı səfirliyimizə rəhbərlik edən Qüdsi Osmanov Ukraynaya Rusiyanın işğalçı hücumu nəticəsində yaşadıqları bölgələrdən didərgin düşən azərbaycanlıların təhlükəsiz bölgəyə köçürülməsi prosesində aktiv iştirak edib. Moldovadakı səfirimizin qucağına bir körpəni sıxması, onu hər cür təhlükələrdən, həmçinin soyuqdan qoruması da duyğusal anlar yaşadır.
Həmin kadrlar qısa müddətdə çox böyük maraq doğurub və sosial şəbəkədə geniş müzakirələrə səbəb olub, diplomatın bu dərəcədə fədakarlıqla fəaliyyət göstərməsi, müharibənin od-alovundan ailə-uşağını xilas etməyə çalışan həmvətənlərinin taleyinə həssaslıqla yanaşması nümunə olaraq göstərilib, təqdir edilib.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, bu kadrları Qüdsi Osmanovdan xəbərsiz çəkərək, sosial şəbəkədə paylaşan Moldovada yaşayan soydaşlarımızdan biridir.