AZ

AMEA nın bugünkü iclasında nələr müzakirə ediləcək? RƏSMİ

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçiriləcək.

İclasdan qabaq müzakirə ediləcək 2 mövzudan birinin Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi olduğu bildirilirdi. Amma iclasdan əvvəl AMEA tərəfindən yayılan rəsmi məlumatda bildirilib ki, Ramiz Mehdiyevin həqiqi üzvlükdən çıxarılması məsələsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həll ediləcək. Qeyd olunub ki, ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirliliyi məhkəmə hökmü ilə təsdiq olunacağı halda, məsələ AMEA-nın Ümumi Yığıncağının müzakirəsinə çıxarılacaq və müvafiq qərar qəbul ediləcək.

Modern.az iclasda hansı məsələlərin müzakirə olunacağı ilə bağlı AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb.

Qurumdan iclasın gündəliyində Ramiz Mehdiyevlə bağlı məsələnin olmadığı təsdiqlənib. Qeyd edilib ki, bu mövzuda iclas yalnız məhkəmə hökmü verildikdən sonra keçirilə bilər. Hazırda isə gündəlikdə əsasən elmi-təşkilati məsələlərin müzakirəyə çıxarılması nəzərdə tutulur. 

Xatırladaq ki, AMEA-nın ümumi yığıncağı hər il Rəyasət Heyətinin müəyyənləşdirdiyi tarixdə keçirilir. Bundan başqa, Rəyasət Heyəti, Akademiyanın prezidenti və ya Nizamnamədə nəzərdə tutulmuş sayda həqiqi üzvlərin müraciəti əsasında növbədənkənar iclas çağırıla bilər. Növbədənkənar iclas mühüm təşkilati və struktur dəyişiklikləri, rəhbər vəzifələrə seçkilər və ya vaxtından əvvəl səlahiyyətlərə xitam verilməsi, dövlət səviyyəsində tapşırıqlar yaxud təxirəsalınmaz elmi və ya maliyyə məsələləri ilə bağlı çağırıla bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
modern.az

1Mənbələr