AZ

Ermənistan Ukrayna ilə bağlı BMT qətnaməsinə səsvermədə bitərəf qaldı – ÖZƏL

Olaylar.az xəbər verir ki, BMT Baş Assambleyasında Ukraynadakı müharibəyə dair keçirilən növbəti səsvermədə Ermənistan bitərəf qalan ölkələr sırasında yer alıb.

Ukrayna tərəfindən təklif edilən və bir sıra Avropa ölkələrinin dəstəklədiyi "Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün bərqərar edilməsinin təşviqi" adlı qətnamə layihəsi üç səhifəlik sənəddən ibarət olub. 

Sənəddə Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı müdaxiləsinin artıq üç ildir davam etdiyi və bunun nəinki Ukrayna üçün, həm də digər regionlar və qlobal sabitlik üçün dağıdıcı, uzunmüddətli fəsadlar doğurduğu vurğulanıb: Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqlik nümayiş etdirməyə çağırış; Beynəlxalq hüquqa uyğun olaraq törədilmiş cinayətlərə görə milli və beynəlxalq səviyyədə ədalətli, müstəqil araşdırmalar və məhkəmə təqibləri vasitəsilə məsuliyyətin təmin edilməsi zərurəti.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr