AZ

“Abituriyentlər bəzi şəxslərin oyununa gəlməsinlər” - Təhsil eksperti

"Sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən buraxılış imtahanı ilə bağlı eyni məktəbdə eyni otağa düşənlərin çağırışı kampaniyası gedir. Post açaraq eyni otaqda olanların bir-biri ilə tanış olması, hətta kömək etməsi və köçürülmə ehtimalları danışılır".

Redaktor.az xəbər verir ki, bu sözləri təhsil eksperti Ramin Nurəliyev öz feysbuk hesabında yazıb.

Ekspert düşünür ki, bu təbliğat qətiyyən düzgün deyil. Abituriyentlərin köçürülməsi istiqamətində aparılan təbliğat xarakterli addımlar çox təhlükəlidir və qəbuledilməzdir.

"Bilindiyi kimi, qəbul imtahanlarında DİM tərəfindən hər hansı köçürülmə faktı aşkar edilərsə, həmin abituriyentlərin imtahanı ləğv edilir və abituriyent qəbul prosesindən kənarlaşdırılır. Buna görə də, əziz abituriyentlər, bəzi şəxslərin oyununa gəlməyin. Hesab edirəm ki, DİM bu məsələ ilə bağlı həmin şəxslərə qarşı müvafiq hüquqi addımları atacaqdır", - deyə Ramin Nurəliyev paylaşımında qeyd edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
15
1
redaktor.az

2Mənbələr