AZ

Biz bu radikal qüvvələrlə Avropada illərlə mübarizə aparmışıq

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə qarşı Vaşinqton DC-də radikal mühacir qüvvələr tərəfindən təxribat törədilməyə cəhd edildi. Azərbaycan Prezidentinin təhlükəsizlik xidməti radikal müxalifət mühacirləri tərəfindən provokasiya edilməyə çalışıldı. Bütün dünyanın gözü qarşısında Azərbaycanın imicinə ciddi zərər vurulmaq cəhdləri edildi. Amerikada və Avropada məskunlaşmış radikal qüvvələr tərəfindən Dövlətimizin simvoluna, Dövlət rəmzinə xəyanət edildi. Biz bu filmi əvvəllər də görmüşdük, bu xain cəhdlərə şahid olmuşduq. Biz bu radikal qüvvələrlə Avropada illərlə mübarizə aparmışıq".Bunu Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) baş katibi Sahil Qasımov Demokrat.az-a açıqlamasında bildirib."Azərbaycan Prezidenti İlham Əliyevin Parisə, daha sonra Brüsselə – Avropa Parlamentinə səfərlərini və Avropadakı izdihamlı dəstək nümayişlərimizi xatırlatmaq istəyirəm. O zaman erməni diasporunun aktiv olduğu dövrlər idi və biz ölkə rəhbərinə dəstək vermək üçün aksiyalar təşkil edirdik. O vaxt biz ermənilərin təxribatından ehtiyat edirdik. 2017-ci ilin noyabr ayında Brüsseldə radikal mühacir qüvvələri, “söyüş maşınlarını” Belçika polisinin dəstəyi ilə "Place du Luxembourg" meydanından çıxarmışdıq. 2018-ci ilin aprel ayında Berlində, Azərbaycan səfirliyi qarşısında yenə də Avropada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları ilə qarşı-qarşıya gələn radikal müxalifətin yüzlərlə söyüş söyən və təxribata hər an hazır olan dəstəsi vardı. Amma biz o zaman da radikal mühacirlər tərəfindən törədiləcək hər an hər provakasiyaya hazır idik, mütəşəkkil idik. Amerikada 100 minlərlə azərbaycanlı yaşayır. Amerikadakı diaspor təşkilatlarımız Vaşinqton D.C.-də mütəşəkkillik göstərə bilmədilər və nəticədə öz yerlərini radikal mühacir qüvvələrə verdilər. Qərbin az qala hər ölkəsində yayım edən radikal mühacir internet TV kanalları durmadan hücuma keçir, şaiə yayır, təxribat törədirlər. Bəs o zaman iqtidaryönlü və ya neytral internet radio və TV kanalları Qərb ölkələrində niyə yoxdur, niyə təsis edilmir və niyə fəaliyyət göstərmir? Amerikada və Avropada təcrübəli diaspor strukturlarını, illərin sınaqlarından çıxan, hər zaman və hər yerdə, hər ölkədə Prezidentinin yanında olan, təxribatların üzərinə gedən, diaspor fəallarını və diaspor təşkilatlarını aktiv gücə çevirmək zəruriyyəti gündəmə gəlmişdir. Avro-Atlantika Azərbaycanlılar Tərəfdaşlıq Şurası hər zaman Azərbaycan Dövlətinin və onun Prezidentinin yanındadır və hər hansı bir təxribatlara qarşı mübarizəyə hazırdır", - o fikrini yekunlaşdırıb.Kənan İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
demokrat.az

1Mənbələr