Bakı, 25 fevral, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə keçiriləcək 4 qarşılaşma ilə 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.
Günün ilk matçı İtaliyada “Atalanta” ilə Almaniyanın “Borussiya Dortmund” komandası arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. İlk matçda Dortmund təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Digər 3 oyun isə gecə saat 00:00-da start götürəcək. Türkiyənin “Qalatasaray” klubu ilk görüşdə 5:2 hesabı ilə qalib gəldiyi “Yuventus”la bu dəfə İtaliyada qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
21:45. "Atalanta" (İtaliya) - "Borussiya Dortmund” (Almaniya)
İlk oyun - 0:2
00:00. PSJ (Fransa) - "Monako" (Fransa)
İlk oyun - 3:2
00:00. "Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə)
İlk oyun - 2:5
00:00. "Real Madrid" (İspaniya) - "Benfika" (Portuqaliya)
İlk oyun - 1:0
Qeyd edək ki, ötən gün baş tutan matçlardan sonra "Atletiko Madrid" (İspaniya), "Bayer" (Almaniya), "Budyo Qlimt" (Norveç) və "Nyukasl" (İngiltərə) komandaları 1/8 finala yüksəliblər.