İran Prezidenti Masud Pezeşkian Ermənistanla Azərbaycan arasında sülh prosesində əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edib və bu prosesi regional təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirib.
NOCOMMENT.az xəbər verir ki, Pezeşkian bu fikirləri Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüşü zamanı səsləndirib.
“Biz xalqların sülh, qarşılıqlı hörmət və dinc yanaşı yaşadığı bir dünya qurmaq üçün konstruktiv əməkdaşlıq yolu ilə irəliləməliyik”, – deyə İran Prezidenti vurğulayıb.
O, həmçinin İranın qonşu ölkələrlə, xüsusilə Ermənistanla münasibətləri genişləndirməyə və dərinləşdirməyə hazır olduğunu bildirib. Pezeşkian Tehranla İrəvan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd üzərində işlərin tamamlanmasına da hazır olduqlarını qeyd edib.
İran Prezidentinin bu açıqlaması regionda davam edən sülh təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəkləndiyini göstərməklə yanaşı, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi baxımından mühüm mesaj kimi dəyərləndirilir.
Sara
NOCOMMENT.az