Braziliyanın cənub-şərqində yerləşən Minas-Jeryas ştatında baş verən güclü leysanlar nəticəsində 30 nəfər ölüb, itkin düşənlərin sayı 47-yə çatıb.
APA xəbər verir ki, bu barədə CNN Brasil məlumat yayıb.
Məlumata görə, fövqəladə hallar xidmətləri itkinləri tapmaq və yardıma ehtiyacı olanlara dəstək olmaq üçün xilasetmə əməliyyatları aparır.