Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
"Yeni Sabah" xəbər verir ki, ikinci oyun günündə daha 4 görüş keçiriləcək və bununla da 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək.
"Qalatasaray" öz meydanında 5:2 hesabı ilə qalib gəldiyi "Yuventus"la İtaliyada üz-üzə gələcək. "Atalanta" evdə Dortmund "Borussiya"sını qəbul edəcək. "Benfika" "Real"ın qonağı olacaq. Fransa komandaları PSJ və "Monako" isə Parisdə qarşılaşacaqlar.
Xatırladaq ki, ötən gecə keçirilən oyunlardan sonra "Nyukasl", "Atletiko", "Bodo-Qlimt" və "Bayer" 1/8 finala adlayıblar.
Telegram kanalımız