AZ

Nadir Qafarzadə: “Etdiyim bir çox şeylərə görə peşmanam”

“Əvvəl məzmunu, musiqisi, təqdimatı bərbad olan bayağı müğənniləri, ifaçıları efirlərə buraxmırdılar. Senzura var idi. İndi o senzura yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu müğənni Nadir Qafarzadə deyib.

O qeyd edib ki, televiziyaların çoxu kommersiyaya daha çox önəm verirlər:

“Bilmirsən, kim üçün ağlayasan? Müğənnidən paket alıb bir neçə verilişə dəvət edirlər. Onları da hardasa qınamıram, bayağı müğənnilərdən pul almaqla öz işlərini maliyyələşdirirlər... Heç olmasa, bunu bir qədər azaltsınlar. Yaxşı ifaçılara daha çox önəm versinlər. Eybi yox, onlar da çıxsın, xalq onsuz da yaxşını, pisini özü seçəcək, seçə də bilir.
 

Mən verilişlərdən dəvət alanda seçirəm: kiminlə oxuyacam, verilişdə kimlər olacaq, hansı söhbətlər ediləcək. Mütləqdir və mənim bunu etməyə stajım da, sənətim də imkan verir. Bu ədəbazlıq, ulduzluq deyil. Sadəcə, mən belə istəyirəm! Ancaq yeni mahnılarla efirə çıxmaq istəyirəm, tamaşaçıya yeni klip, mahnı təqdim etmək üçün efirə çıxıram.


Efirlərdə az-az görünürəm, azdan-çoxdan tanınıram, əhalinin müəyyən hissəsi bizi sevir, sevməyənlər də sağ olsunlar... Əsas Allahın sevgisidir. Onsuz da qatar relsdən çıxıb, artıq gecdir, amma gec də olsa nəisə dəyişmək olar. Amma edəcəklərmi? Onu deyə bilmərəm.

Doğurdan da, musiqilərimiz, efirlərimiz bu gün bərbad gündədir, məişət, mətbəx, küçə söhbətləri edilir. Gündəmdə qalmaq üçün çoxları nələrsə edirlər, bəlkə zamanında biz də etmişik, deyə bilmərəm, unutmuşam. Etdiyim bir çox şeylərə görə bu gün peşmanam. Çalışıram o səhvləri artıq təkrarlamayım”. (Pravda.az)

Bizim.Media

Seçilən
3
2
bizim.media

3Mənbələr