AZ

Tramp: İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyəm

ain.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəlif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp ilk dəfə Nümayəndələr Palatasının Kapitoli binasında "Birliyin vəziyyəti haqqında" müraciətini edib.

Banco.az xəbər verir ki, çıxışının xarici siyasət bölməsində Tramp 11 aylıq vəzifəsində olduğu müddətdə səkkiz müharibəyə son qoyduğunu iddia edərək, hansı ölkələrin müharibələrinə və ya potensial münaqişələrinə son qoyduğunu ətraflı şəkildə qeyd edib.

Son dövrlərin ən aktual mövzusu olan İranla bağlı ABŞ prezidenti mühüm mesajlar verərək Tehranla danışıqların davam etdiyini deyib.

ABŞ prezidenti Donald Tramp İranın ABŞ-a çata bilən raketlər hazırladığını iddia edərək bildirib:

"Seçimim bu məsələni diplomatiya yolu ilə həll etməkdir. Mən heç vaxt terrorizmin dünyanın bir nömrəli sponsoru olan bu ölkənin nüvə silahına sahib olmasına icazə verməyəcəyəm. Biz buna yol verə bilmərik".

İranın bölgədə "terrorizmin dövlət sponsoru" olduğunu iddia edən Tramp ABŞ-a qarşı təhdidlər olduqda hərbi variantlar da daxil olmaqla, bütün variantları nəzərdən keçirməyə həmişə hazır olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
banco.az

2Mənbələr