Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, mərhələnin cavab görüşləri çərçivəsində daha 4 görüş baş tutacaq.
"Atalanta" evdə Dortmund "Borussiya"sını qəbul edəcək. Tərəflər arasında ilk oyunda almanlar inamlı qələbə qazanıblar.
Turnirin son qalibi PSJ Fransanın digər təmsilçisi "Monako" ilə üz-üzə gələcək. Luis Enrikenin komandası ötən həftə rəqib meydanında 3:2 qalib gəlməyi bacarıb.
Türkiyə çempionu "Qalatasaray" "Yuventus" üzərində İstanbuldakı ilk oyunda əldə etdiyi inamlı üstünlüyü İtaliyada qorumağa çalışacaq.
Nəhayət, "Real Madrid" İspaniyada Joze Mourinyulu "Benfika"nı qonaq edəcək. Komandalar arasında Portuqaliyada baş tutan görüşün taleyini 1 qoll həll etoişdi.
Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra "Atletiko Madrid" (İspaniya), "Bayer Leverkuzen" (Almaniya), "Budyo-Qlimt" (Norveç) və "Nyukasl" (İngiltərə) komandaları 1/8 finala vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
25 fevral
21:45. "Atalanta" (İtaliya) - "Borussiya Dortmund" (Almaniya) (ilk oyun - 0:2)
00:00. PSJ (Fransa) - "Monako" (Fransa) (ilk oyun - 3:2)
00:00. "Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə) (ilk oyun - 2:5)
00:00. "Real Madrid" (İspaniya) - "Benfika" (Portuqaliya) (ilk oyun - 1:0)