AZ

Merz: “Artıq heç kim Çini görməzliyə vura bilməz”

Almaniyanın kansleri Friedrich Merz dünyada mövcud olan problemlərin Çin olmadan həll edilə bilməyəcəyini bildirərək, bu reallığın artıq heç kim tərəfindən nəzərə alınmamazlıqla qarşılanmayacağını vurğulayıb.

Editor.az xəbər verir ki, Fridrix Merz Çinə səfəri öncəsi hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, Çin böyük güclər sırasına yüksəlib və Almaniyanın Çin siyasətində bu amil mütləq nəzərə alınmalıdır.

“Çin artıq böyük dövlətlər arasında yer alır. Siyasətimizi formalaşdırarkən bunu diqqətə almalıyıq. Bu gün heç kim Çini görməzliyə vura bilməz. Qlobal siyasi problemlərin əksəriyyəti Pekinin iştirakı olmadan həll edilə bilməz”, – deyə kansler qeyd edib.

Merz əlavə edib ki, Çinə səfəri çərçivəsində beş əsas prinsipə xüsusi diqqət yetiriləcək. Bunlar “ağıllı Çin siyasəti”, risklərin azaldılması, sağlam rəqabət və şəffaflıq, qlobal böhranların Çin olmadan həllinin mümkünsüzlüyü reallığı, eləcə də siyasətin Avropa kontekstində qurulmasıdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr