AZ

WSJ: Bill Qeyts rusiyalı qadınlarla nikahdankənar münasibətlərini etiraf edib...

Microsoft-un təsisçisi Ceffri Epşteynlə əlaqələrinə görə əməkdaşlardan üzr istəyib və şəxsi həyatı ilə bağlı açıqlama verib...

Microsoft şirkətinin təsisçisi, milyarder Bill Qeyts özünün xeyriyyə fondu əməkdaşları qarşısında çıxışı zamanı cinsi cinayətlərə görə məhkum olunmuş maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə üzr istəyib. O, ümumi toplantı zamanı şəxsi həyatı ilə bağlı da etiraflar edib və nikahdankənar münasibətlər yaşadığını bildirib.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Bill Qeyts çıxışında qanunsuz hərəkətlər etmədiyini vurğulayıb, lakin Epşteynlə vaxt keçirməsini “böyük səhv” adlandırıb. “Mən qanunsuz heç nə etməmişəm. Epşteynlə vaxt keçirmək böyük səhv idi. Mən nikahdankənar münasibətlər yaşamışam, Rusiyadan olan briç oyunçusu ilə və iş vasitəsilə tanış olduğum rusiyalı nüvə fizikası üzrə mütəxəssislə münasibətim olub”, deyə o bildirib.

Bill Qeyts qeyd edib ki, adı çəkilən qadınların Epşteynin cinayət işindəki zərərçəkənlərlə heç bir əlaqəsi olmayıb. O, Epşteynin törətdiyi cinayətlərə hər hansı formada bağlı olmadığını və onun ətrafındakı qadınlarla vaxt keçirmədiyini bəyan edib.

Məlumata görə, yanvarın sonunda ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə təxminən 3 milyon səhifəlik sənədləri dərc edib. 2013-cü il 13 iyul tarixində Epşteynin öz elektron ünvanına göndərdiyi iki məktubda iddia olunur ki, Bill Qeyts “rus qızları” ilə cinsi əlaqədə olub və bu münasibətlər nəticəsində cinsi yolla ötürülən infeksiyalara yoluxub. Həmin məktublarda Epşteyn iddia edib ki, bu səbəbdən milyarder antibiotik qəbul etmək məcburiyyətində qalıb.

Qeyd olunur ki, Bill Qeyts bu iddialarla bağlı birbaşa şərh verməyib, lakin qanunsuz hərəkətlərdə iştirak etmədiyini və Epşteynlə əlaqələrinin ciddi səhv olduğunu təkrar vurğulayıb.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr