AZ

"Qarşımızda həmişə maksimum hədəf var idi” - Qurban Qurbanov

"Bakıdakı böyükhesablı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən kökləmək asan deyildi".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.

Qurban Qurbanov liqa mərhələsində keçirdikləri oyunları dəyərləndirib:

“Əvvəlcə futbolçularıma təşəkkür edirəm. Onlar Çempionlar Liqasında maraqlı futbol mövsümü keçirdilər. Böyük klublara qarşı oynadıq. Xüsusilə İngiltərə komandalarına qarşı matçlar mənim üçün xüsusi təcrübə oldu. İngiltərə futbolu Avropa futbolundan fərqlənir. Futbolçular həm fiziki, həm də mənəvi cəhətdən yorulublar, bəzi oyunlarda ciddi zərbələr aldıq. Amma qarşımızda həmişə maksimum hədəf var idi”.

O, "Nyukasl"la cavab oyunundakı taktikalarından söz açıb:

“Rəqib həm topla yaxşıdı, həm fiziki, həm də taktiki cəhətdən güclüdü. Buna görə boşluqları bağlamaq üçün 5-li müdafiə sistemi seçdik. Amma ümumilikdə öz oyun sistemimizə sadiq qalmaq istəyirik. Oyunçularımın hər birindən çox razıyam. "Nyukasl"la cavab matçında da özlərini çox yaxşı tərəfdən göstərdilər”

Baş məşqçi standart vəziyyətlərdə bəzən çətinlik çəkmələrinə də toxunub:

“Müasir futbolda standartlar qələbənin təxminən 30 faizidi. Rəqib bu komponentdə çox güclüdü, fərqli şəkildə yerinə yetirirlər, hündürboy futbolçuları var. Biz təkcə bu komponentdə yox, ümumilikdə Avropa və İngiltərə futbolunun strukturundan geri qalırıq. Onlar çox sürətlə inkişaf edirlər. Amma biz də inkişaf etmək və daha güclü olmaq istəyirik”.

Baş məşqçi sonda həm "Qarabağ"ın, həm də "Nyukasl"ın azarkeşlərindən danışıb:

"Nyukasl" azarkeşləri bu oyuna öz klublarını dəstəkləməyə gəlmişdilər. Bununla belə, ara-sıra bizim qurduğumuz yaxşı hücumlara da əl çalırdılar. "Nyukasl"a qarşıdakı matçlarda uğurlar arzu edirəm, öz azarkeşlərimizə də təşəkkürümü çatdırıram. Tərəfdarlarımız həm səfər, həm də ev oyunlarında bizi yalnız qoymadılar".
Seçilən
9
3
football-plus.az

3Mənbələr