AZ

“Fənərbaxça”nın istədiyi Levandovski seçimini etdi

Robert Levandovski "Barselona"da qalmaq istəyir. Metbuat.az xəbər verir ki, polşalı hücumçu MLS komandası "Çikaqo Fayr"dan sərfəli təklif alsa da, karyerasını İspaniyada davam etdirməkdə maraqlıdır. Levandovski ilə yaxın əlaqələri olan polşalı jurnalist Mateuş Borek iddia edir ki, veteran hücumçu yeni macəraya başlamaq istəmir. O, bildirib ki, Levandovski Səudiyyə Ərəbistanından da təkliflərin olacağını bilir, amma qalmaq istəyir. Məlumata görə, futbolçunun həyat yoldaşı Barselonada bir neçə biznes qurub, onlar xoşbəxtdir.

Qeyd edək ki, Robert Levandovskinin adı “Fənərbaxça” ilə də hallanıb.

Seçilən
18
metbuat.az

1Mənbələr