AZ

Növbə İrana çatdı CIA dan çağırış Video

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi iranlılara casusluq təklif edib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) fars dilində video yayımlayaraq, iranlılara agentliklə təhlükəsiz ünsiyyət və əməkdaşlıq üsullarını təqdim edib.

Videoda İdarə ilə əlaqə saxlamaq istəyənlərin bütün təhlükəsizlik tədbirlərini görməsi tövsiyə olunur.

Agentlik xəbərdarlıq edib ki, ofis kompüteri və ya şəxsi telefon əvəzinə yeni və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş cihazdan istifadə daha təhlükəsizdir. Həmçinin, ətrafdakıların ekran və onlayn fəaliyyətləri izləmə riski səbəbindən ehtiyatlı olmaq vacibdir.

CIA təhlükəsiz əlaqə metodlarından istifadə etməyi, məxfilik parametrlərini diqqətlə qurmağı və əlaqə təhlükəsizliyini artıran əlavə xüsusiyyətləri aktivləşdirməyi tövsiyə edib.

Qeyd edək ki, ötən ay Mərkəzi Kəşfiyyat İdarəsi Çin hərbi rəsmilərini də oxşar şəkildə əməkdaşlığa çağıraraq, təhlükəsiz kanallar vasitəsilə əlaqə saxlamağı tövsiyə etmişdi. Bu çağırış bütün dünyada müzakirələrə səbəb olmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
qafqazinfo.az

2Mənbələr