AZ

Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Çin dron istehsalçısı DJI-ın hazırladığı robot tozsoranda tapılan ciddi təhlükəsizlik boşluğu minlərlə insanın şəxsi həyatını riskə atıb. Proqram təminatı mühəndisi Semmi Azdufal yeni aldığı süpürgəni oyun pultu ilə idarə etmək üçün proqram hazırlayarkən gözlənilməz mənzərə ilə qarşılaşıb.Demokrat.az xəbər verir ki, mühəndis cihazın şirkət serverləri ilə əlaqəsini araşdırdığı vaxt sistemdəki boşluq sayəsində 24 ölkədə istifadə edilən 7 minə yaxın süpürgəyə giriş əldə edib. Müəyyən olunub ki, qurğunun təhlükəsizlik kodu asanlıqla dövrədən çıxarıla bilir. Bu isə hətta cihazla sinxronlaşma aparmadan belə kameralara qoşulmağa imkan verib.Nəticədə dünyanın müxtəlif yerlərindəki minlərlə evdən canlı görüntü və səs yazıları, mənzillərin planları, cihazların batareya vəziyyəti və hətta istifadəçilərin dəqiq ünvanları əlçatan olub. Mütəxəssis hər hansı sistemə qanunsuz girmədiyini, sadəcə öz cihazı üçün aldığı giriş açarının digər bütün istifadəçilərin məlumatlarını da açdığını bildirib.Məsələ ilə bağlı DJI şirkəti rəsmi açıqlama yayaraq sistemdəki xətanı qəbul edib. Şirkət rəsmiləri fevral ayında həyata keçirilən ardıcıl iki yeniləmə ilə həmin boşluğun tamamilə aradan qaldırıldığını qeyd ediblər. Yeniləmələr cihazlara avtomatik yükləndiyi üçün istifadəçilərin əlavə nəsə etməsinə ehtiyac qalmayıb.Bu hadisə müasir məişət cihazlarının, xüsusən də kamera və mikrofona sahib olan qurğuların şəxsi məlumatların qorunması baxımından nə dərəcədə etibarlı olması sualını yenidən gündəmə gətirib. Bu tip texnologiyalardan istifadə edərkən təhlükəsizlik tədbirlərinə qarşı daha diqqətli olmaq tövsiyə edilir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
demokrat.az

2Mənbələr