AZ

Müharibənin 4 ili: Rusiya nə qədər dözə biləcək?

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Ukrayna ilə müharibəyə başlayarkən nəticələrin bu qədər acınacaqlı olacağını təxmin etmirdi. Onun beynəlxalq aləmdə yaratdığı qorxu imicinin tez bir zamanda Ukraynada hakimiyyət dəyişikliyinə nail olmağına kömək edəcəyini düşünürdü.

Bu sözləri siyasi ekspert Turab Rzayev Axar.az-a açıqlamasında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalçılıq müharibəsinin 4-cü ildönümünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın əsl planı Zelenski və ətrafının qorxub qaçması, hakimiyyətə isə Putinə yaxın olan bir şəxsin gəlməyi idi:

“Lakin Rusiyanın gözləntiləri doğrulmadı. Rusiya ikinci addıma əl atdı: birbaşa Kiyevə hücum və Kiyevin ələ keçirilməsi. Bu da mümkün olmadı. Faktiki olaraq Kiyevin 15 kilometrliyinə qədər gəlmiş rus ordusu möhkəmlənə bilmədi.

Belə olduğu halda Rusiya strategiyasını dəyişməyə məcbur oldu. Başa düşdü ki, Ukraynanı tam ələ keçirmək mümkün deyil. Ona görə də şərq tərəfdən yorucu və tükəndirici müharibəyə başladı”.

Ekspert bildirib ki, müharibə uzandıqca Rusiya Qərb cəbhəsini parçalamağa cəhd edir:

“Həm Avropa Birliyi ilə ABŞ və Böyük Britaniya arasında, həm ABŞ və Böyük Britaniya arasında, həm də AB ölkələri daxilində fikir ayrılıqları salmağa çalışır. Lakin aydın məsələdir ki, bu müharibə Rusiyanın özündə çox böyük iqtisadi, sosial təlatümlər gətirir. Ən böyüyü isə odur ki, Rusiya çox insan itirib. Yüz minlərlə olduğu dəqiqdir. Qohumlarını, yaxınlarını itirən, tabut gələn evlərdə istər-istəməz Putinin xarici siyasətiylə bağlı suallar yaranır.

İkinci məsələ isə iqtisadidir. Kollektiv Qərb - Avropa Birliyi və ABŞ Rusiyanı iqtisadi cəhətdən sıxmağa çalışır. Sanskiyalar Rusiya iqtisadiyyatının dağılmasına səbəb olur. Bank, kredit faizləri artır, Rusiyanın Mərkəzi Bankı tarif dərəcəsini dayanmadan qaldırmağa məcburdur. Digər tərəfdən, Rusiya müharibədə xərclənən pulları əhalidən çıxartmağa çalışır deyə, vergini artırır.

Başqa bir məsələ isə bütün rus gənclərin cəbhəyə səfərbər olunması və miqrantlara yaradılan məhdudiyyətlərdir. Rusiya işçi qıtlığıyla üzləşir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
axar.az

1Mənbələr