AZ

Vurduğu qolu qeyd etmədi, Badri Kvaratsxeliya ilə şərik oldu

“Qəbələ” – “Turan Tovuz” oyununda əlamətdar hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, qonaqların ikinci qolunu vuran Filip Ozobiç bombardirlər yrışında bir qədər də irəliləyib.

Ötən tur fərqlənərək milli çempionatlar tarixində Zaur Ramazanova çatan milliləşdirilmiş xorvat artıq 21-ci pilləyə şərikdir. O, 71-cu qolunu vuraraq Badri Kvaratsxeliya ilə şərik olub.

219-cu matçında bu göstəriciyə imza atan Filip Azərbaycanda ilk klubu olan “Qəbələ”nin qapısına vurduğu qolu bayram etməyib.

Bölgə təmsilçisində 16 dəfə fərqlənmiş Ozobiç “Qarabağ”da 35, “Neftçi”də 15 qol vurub. O, tovuzluları 5 dəfə sevindirib.

Seçilən
40
sportinfo.az

1Mənbələr