AZ

Uitkoff Cenevrədə Umerovla görüşməyi planlaşdırır

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff yaxın vaxtlarda Cenevrədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerovla görüşməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, o, bu barədə Viktor Pinçuk Fondunun təşkil etdiyi "YES" görüşündə videoəlaqə vasitəsilə bəyan edib.

"Mən bu cümə axşamı Cared (Kuşner - red.) ilə birlikdə Cenevrədə olacam, çərşənbə yola düşürük", - o qeyd edib.

Onların İsveçrəyə səfərinin əsas məqsədi Amerika-İran danışıqlarında iştirakdır. "Biz bu vəziyyəti (İranla bağlı - red.) diplomatik yolla həll etməyə çalışırıq. Rüstəmlə (Umerov - red.) danışdım və Prezident (Ukrayna Prezidenti Volodimir - red.) Zelenskidən onunla (Umerovla - red.) Cenevrədə görüşmək üçün icazə istədim", - Uitkoff bildirib.

Xüsusi nümayəndənin sözlərinə görə, şura katibi ilə görüşün məqsədi Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması üçün müxtəlif variantları araşdırmaqdır.

Uitkoff Rüstəm Umyerovun Floridaya səfərini, eləcə də yaxın 10 gün ərzində Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli görüşün keçirilməsini mümkün hesab edir.

Seçilən
38
far.az

1Mənbələr