AZ

Rakkadakı buraxılış məntəqəsinə hücum edən terrorçular məhv edilib

Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının silahlılarını məhv edib.

"Far.Az" xəbər verir ki, bu barədə "Syria TV" telekanalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, zərərsizləşdirilən yaraqlılar qrupu ölkənin şimal-şərqindəki Rakka vilayətində nəzarət-buraxılış məntəqəsinə hücumda iştirak edib. Kanal həyata keçirilən əməliyyat barədə təfərrüatları açıqlamayıb.

Daha əvvəl SANA agentliyi xəbər verib ki, eyniadlı vilayətin inzibati mərkəzi olan Rakka şəhərinin qərbində yerləşən məntəqəyə İŞİD terrorçularının hücumu nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin dörd əməkdaşı həlak olub.

Seçilən
30
far.az

1Mənbələr