BAKI, 25 fevral. TELEQRAF
Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətində terrorçuların silahlı hücumu nəticəsində hökumət qüvvələri arasında ölən və yaralananlar var.
Teleqraf xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.
Bildirilib ki, hücumun İslam Dövləti (İD) terror qruplaşmasının üzvləri tərəfindən həyata keçirildiyi ehtimal olunur. Silahlılar İraqla sərhəddə yerləşən Əbu-Kəmal şəhərində Suriya ordusunun 86-cı diviziyasının qərargahına basqın ediblər. Hökumət qüvvələri arasında ölən və yaralananların olduğu, onların sayının dəqiqləşdirildiyi qeyd olunub.
Məlumata görə, fevralın 24-də günün ikinci yarısında Fərat çayının şərq sahilində yerləşən Əl-Bağuz və Susa rayonlarında daxili təhlükəsizlik qüvvələrinin blokpostları da atəşə tutulub. Hər iki hücuma görə məsuliyyəti İD silahlıları öz üzərinə götürüb.