AZ

Tehranda səssiz gözlənti: Xameneidən sonra kim? VİDEO

Oxu.az saytına istinadən ain.az xəbər verir.

İran Yaxın Şərqin ən sirli, ən qapalı və bəlkə də ən dözümlü siyasi sistemlərindən biridir.

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, bu sistemin mərkəzində isə 35 ildən artıqdır dəyişməyən bir fiqur dayanır. Əli Xamenei - 86 yaşlı ali lider artıq sadəcə dövlət rəhbəri deyil. O, bütöv bir siyasi sistemin təhlükəsizlik modelinin, regional strategiyasının və ideologiyasının simvoluna çevrilib.

Tehranda səssiz gözlənti: Xameneidən sonra kim? - VİDEO

Son günlər isə Tehran üzərində yeni bir kölgə dolaşır. Xameneinin səhhətinin ağır olduğu, hətta ölüm iddialarının yayıldığı bildirilir. ABŞ-yə qaçacağı barədə şayiələr də gündəmə gəlib. Rəsmi Tehran isə susur: nə xəbərləri təkzib edir, nə də təsdiqləyir. Bu isə göstərir ki, İranda hələ rəsmi hadisə baş verməsə belə, onun əks-sədası artıq hiss olunur.

Hazırda ölkədə əsas sual varisin kim olacağıdır. Hakimiyyət uğrunda səssiz mübarizənin getdiyi bildirilir. İranda prezident və hökumət dəyişə bilər, lakin ali lider postu sistemin mərkəzi dayağı hesab olunur. Buna görə də kulislərdə Xameneidən sonra sistemin necə formalaşacağı geniş müzakirə olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
oxu.az

1Mənbələr