İŞİD üzvləri Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində silahlı hücum həyata keçiriblər.
APA xəbər verir ki, bu barədə “Syria TV” televiziya kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, yaraqlılar İraqla həmsərhəd olan Bukamal şəhərində Suriya ordusunun 86-cı diviziyasının qərargahına hücum ediblər.
Hökumət qüvvələrinin itki verdiyi və itkilərin sayının müəyyən edilməsi yönündə işlər görüldüyü bildirilir.