AZ

“Qiyamət günü” təyyarəsi Trampın Konqresə müraciəti ərəfəsində Vaşinqtona enib

ABŞ-nin “Qiyamət günü” adlandırılan hərbi təyyarəsi Prezident Donald Trampın Konqresə illik müraciətindən bir neçə saat əvvəl Vaşinqtona enib.

Oxu.Az “RIA Novosti”yə istinadən xəbər verir ki, Tramp Vaşinqton vaxtı ilə saat 21:00-da Konqresin hər iki palatası qarşısında ölkənin vəziyyəti və administrasiyasının planları ilə bağlı çıxış edəcək.

“Boeing E-4B Nightwatch” təyyarəsi Luiziana ştatındakı Barksdeyl hərbi bazasından havaya qalxaraq təxminən üç saat yarımdan sonra Vaşinqtondan 24 kilometr məsafədə yerləşən Endryus aviabazasına enib.

“Boeing 747-200” modelinin hərbi versiyası olan “E-4B Nightwatch” milli hava əməliyyatları mərkəzinin uçan komanda məntəqəsi kimi fəaliyyət göstərir və fövqəladə hallarda prezident, müdafiə naziri və Baş Qərargah rəhbərliyi üçün nəzərdə tutulub.

ABŞ hazırda bu tipdən olan dörd təyyarədən istifadə edir. 2025-ci ilin iyununda da İrana zərbələr ərəfəsində analoji təyyarə Endryus bazasına yerləşdirilmişdi.

Seçilən
32
1
editor.az

2Mənbələr