AZ

Nyukasl ın futbolçusu: Qarabağ Joni Montiellə arxadan yaxşı hücumlar qurur

ain.az, Fanat saytına istinadən bildirir.

"Nyukasl" klubunun futbolçusu Ceykob Merfi "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, o, "Qarabağ"ın zəif rəqib olmadığını vurğulayıb:

"Qarabağ" əslində çətin rəqibdir. Heyətlərində 9 nömərli futbolçu Joni Montiellə arxadan yaxşı hücumlar qururlar. Bu məqama diqqət yetirməliyik. Doğma meydanda çıxış etdiyimiz üçün öz oyun prinsiplərimizi tətbiq etməyə çalışacağıq".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
8
fanat.az

10Mənbələr