UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" oyununda ikinci hissə qollarla başlayıb.
"Yeni Sabah" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ilk hissə 2:0 meydan sahiblərinin üstünlüyü ilə başa çatıb.
Oyunun 51-ci dəqiqəsində Kamilo Duran "Qarabağ"ı ümidləndirib. Lakin 1 dəqiqə sonra meydan sahiblərinin heyətində Sven Botman fərqlənərək yenidən komandasının hesabdakı üstünlüyünü möhkəmləndirib - 3:1.
57-ci dəqiqədə əllə oyuna görə təyin olunan penaltini Marko Yankoviç yerinə yetirib. Rəqib qapıçı ilk zərbəni geri qaytarsa da, geri dönən topu Elvin Cəfərquliyev qolla tamamlayıb.
Telegram kanalımız