AZ

Uitkoff və Kuşner Cenevrədə Umerovla görüşəcəklər

Uitkoff və Kuşner Cenevrədə Umerovla görüşəcəklər

ABŞ prezidenti Donald Trampın sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner fevralın 26-da Cenevrədə Ukraynanın müdafiə naziri Rüstəm Umerovla görüşməyi planlaşdırırlar.

AFN.az-ın məlumatına görə, bu barədə "Новости. Live" nəşri məlumat yayıb. Uitkoffun nəşr tərəfindən paylaşılan videoaçıqlamasında bildirilir ki, səfərin əsas məqsədlərindən biri diplomatik kanalları canlandırmaqdır.

"Mən bu cümə axşamı Caredlə birlikdə Cenevrəyə gəlirəm. Əsas məqsədimiz iranlılarla görüşməkdir, çünki bu vəziyyəti diplomatik yolla həll etməyə çalışırıq. Lakin mən demək olar ki, hər gün Rüstəmlə (Umerov) danışıram və ondan Cenevrədə görüşmək üçün Zelenskidən icazə almasını xahiş etdim", – deyə Stiven Uitkoff qeyd edib.

Uitkoff vurğulayıb ki, Umerovla görüşün məqsədi sülh sazişinə nail olmaq üçün müxtəlif variantları araşdırmaqdır. O, Ukrayna böhranının nizamlanması üzrə növbəti geniş danışıqlar raundunun yaxın 10 gün ərzində baş tutacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, Cared Kuşnerin prosesə cəlb olunması Tramp administrasiyasının Ukrayna və Yaxın Şərq məsələlərində "şəxsi diplomatiya" modelinə üstünlük verdiyini göstərir.

Seçilən
23
afn.az

1Mənbələr