Böyük Britaniya "Drujba" neft kəmərini sanksiyalardan azad edib.
Bakıvaxtı.az xəbər verir ki, bu Britaniyanın Maliyyə Sanksiyalarını Tətbiqetmə İdarəsinin yenilənmiş baş lisenziyasında bildirilib.
Bildirilib ki, istisna 2027-ci il oktyabrın 14-dək qüvvədədir.
Qeyd edək ki, "Drujba" Ukrayna, Rusiya, Belarus, eləcə də Avropa Birliyinin bir neçə ölkəsinin ərazilərindən keçən neft kəmərləri şəbəkəsidir. Rusiya hissəsinə "Transneft"in törəmə neft kəməri şirkəti sahiblik edir.