AZ

Azərbaycan klubununsabiq baş məşqçisini 4 ay sonra QOVDULAR!

“Osiyek” (Xorvatiya) baş məşqçi Zeliko Şopiçlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən azad edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şopiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2025-ci ilin oktyabrından bu komandanı çalışdırırdı.

“Osiyek” Xorvatiya çempionatında 23 turdan sonra 17 xal toplayıb və 10 komanda arasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xatırladaq ki, Şopiç 2019/2020 mövsümündə “Sabah”In baş məşqçisi olub. "Osiyek" Şopiçin "Sabah"dan ayrıldıqdan sonra 4-cü klubu olub.

Seçilən
8
sportinfo.az

1Mənbələr