AZ

ÇL: "Qarabağ" Duranın qolu ilə fərqi 1 topa endirir- YENİLƏNİR

UEFA Çempionlar Liqasında 1/8 final iştirakçıları müəyyənləşir. 

Fanat.Az xəbər verir ki, bu gün pley-off mərhələsinin cavab görüşləri start götürəcək. 

İki günü əhatə edəcək görüşlərin ilk günündə Azərbaycan çempionu “Qarabağ” da sınaq qarşısına çıxacaq. Qurban Qurbanovun komandası İngiltərədə “Nyukasl”ın qonağı olacaq.

“Sent-Ceyms Park” stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxti ilə saat 00:00-da səslənəcək. Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Möcüzə baş verməsə, bu oyun "Qarabağ"ın ÇL-də son qarşılaşması olacaq. Belə ki, “sağsağanlar" ötən həftə Bakıda baş tutan ilk matçda 6:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
24 fevral

“Nyukasl” - “Qarabağ” 2:1 (İkinci hissə)

Qol: S.Tonali, 4. Joelinton, 6. - K.Duran,51.
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luca Pairetto (hamısı İtaliya).
VAR: Daniele Kiffi (İtaliya), Kristian Dingert (Almaniya).
Nyukasl. “Sent-Ceyms Park”.
(ilk oyun - 6:1).

“Nyukasl”: Aaron Ramsdeyl, Kiran Trippyer (k), Sven Botman, Joelinton, Sandro Tonali, Harvi Barns, Uilyam Osula, Ceykob Mörfi, Nik Voltemade, Den Burn, Antoni Mörfi

Ehtiyat oyunçular: Nik Poup, Con Raddi, Harris, Hall, Vissa, Entoni Qordon, Elanqa, Co Uillok, Şahar, Niv

Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bədavi Hüseynov (k), Kevin Medina, Elvin Cəfərquliyev, Dani Bolt, Pedro Bikalyo, Marko Yankoviç, Coni Montiel, Abdullah Zubir, Kamilo Duran

Ehtiyat oyunçular: Amin Ramazanov, Fabian Buntiç, Emmanuel Addai, Leandro Andrade, Kadi Borges, Aleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə

Seçilən
1
20
fanat.az

10Mənbələr