AZ

Telekanalın ofisində gizlənən yenot

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-də, CBS telekanalının Sinsinnatidəki filialının ofisində maraqlı hadisə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün ofisdə dağıntılara səbəb olan yenot ələ keçib.

Heyvanın şaxtadan qorunmaq üçün ofisə necə girdiyi bilinmir. Bir neçə gün ərzində işçilər əşyaları eşələyəni axtarsalar da, sonda gecə növbəsinin mühəndisi buna müvəffəq olub. O, zibil yeşiyində eşələnın yenotu ələ keçirə bilib.

Çağırılmamış qonağın sonrakı aqibəti barədə məlumat verilmir. Amma bu məlumdur ki, ABŞ-də yenotların bu cür sərgüzəştlərinə adi hal kimi baxırlar. Məsələn, bir müddət əvvəl Virciniyada mağazaya soxulan yenot sərxoş halda tapılmışdı. 

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
525.az

1Mənbələr