AZ

Elgizlə Tolikin verilişi bağlanıb?

Elgizlə Tolikin verilişi bağlanıb?

Aparıcılar Tarix Əliyev (Tolik) və Elgiz Əkbərin verilişlərinin yayımı dayandırılıb.

AFN.az Bizim.Media-ya istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə aparılan geniş müzakirələr və baş verən silsilə qalmaqallardan sonra hər iki aparıcının proqramı ilə bağlı kəskin qərar verilib.

Məlumata görə, Elgiz Əkbərin həftəiçi hər gün "ARB" telekanalında yayımlanan “Elgizlə izlə” proqramı və Tolikin "Space" TV-də ekrana gələn “Tarixin bir günü” verilişi rəsmən bağlanıb.

Sayt məsələ ilə bağlı aparıcıların özləri ilə əlaqə saxlamağa çalışsa da, hər iki tanınmış sima zənglərə cavab verməkdən yayınıb. Hələlik telekanallar tərəfindən proqramların dayandırılma səbəbi ilə bağlı rəsmi geniş açıqlama verilməyib.

Seçilən
13
15
afn.az

10Mənbələr