AZ

İki ölkə arasında təhsil qalmaqalı - Gürcüstan nota verdi

Estoniyanın Gürcüstandakı səfiri Marge Mardisalu-Kahar sosial mediada Gürcüstan universiteti (İliauni) ilə bağlı paylaşımını izah etmək üçün Xarici İşlər Nazirliyinə dəvət edilib.

"Unikal" xəbər verir ki, onu xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili qəbul edib və o, Mardisalu-Kahardan "hərəkətlərinin məqsədini izah etməsini" istəyib.

Nazirliyin bəyanatında deyilir: "Nazirin birinci müavini vurğulayıb ki, Estoniya səfirinin bəyanatı davam edən təhsil islahatlarını siyasiləşdirməyə yönəlib ki, bu da qəbuledilməzdir və ölkənin daxili işlərinə müdaxilə cəhdidir".

Xarici İşlər Nazirliyi eston diplomata izah edibki, əgər Estoniya Gürcüstanda davam edən təhsil islahatları ilə maraqlanırsa, "bu məsələ ilə bağlı ətraflı məlumat əldə edəcəkləri Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi ilə məsləhətləşmələr aparmaq imkanı var".

Mediada yer alan məlumata görə, Estoniyanın Gürcüstandakı səfiri əvvəllər sosial mediada İlya Dövlət Universitetinin rektoru Nino Doborjginidze ilə birlikdə çəkdirdiyi şəkli paylaşıb və başlığına "İlya Universitetinin yanında dayanıram" yazıb.

Seçilən
11
1
unikal.az

2Mənbələr